Bakıdan Şarm əl-Şeyxə birbaşa hava reysi açılıb
Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Şarm əl-Şeyx birbaşa reysinin açılışına hərs olunmuş mətbuat konfansı keçirilib.
1news.az xəbər verir ki, tədbirdə Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim çıxış edərək Misir turizminin əvəllər olduğu kimi son illər ərzində də yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayıb.
Diplomat bildirib ki, beynəlxalq ekspertlər Misirdə təhlükəsizliyin və sabitliyin olduğunu təsdiqləyir.
"Misir hökuməti tərəfindən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi qaydalara riayət edilir. Misirin turizm bölgələrini ziyarət etmək arzusunda olan, qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən azərbaycanlı turistləri qəbul etməyə hazırıq", səfir əalvə edib.
Onun sözlərinə görə, Bakı - Şarm əl-Şeyx birbaşa hava reysinin açılması iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsində böyük əhəmiyyət daşıyacaq.
Qeyd edək ki, Misirin istirahət zonası olan Şarm əl-Şeyxə bir başa uçuşlar 18 iyul tarixindən etibarən, həftənin cümə axşamı Qazaxstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” hava yollarının “Boeing 757” təyyarəsi ilə həyata keçiriləcək.
Açılışda H.Əliyev Hava Limanının direktoru Teymur Həsənov Qazaxstanın “SCAT Airlines” hava yollarının vitse-prezidenti Vladimir Sitnik və digər nümayəndələr iştirak ediblər.
P.S.