Neft Emalı Zavodunda güclü tüstü axını ilə bağlı monitorinq aparılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Neft Emalı Zavodunda güclü tüstü axını ilə bağlı monitorinq aparılıb – FOTO

09:57 - 25 / 07 / 2019
Neft Emalı Zavodunda güclü tüstü axını ilə bağlı monitorinq aparılıb – FOTO

İyulun 24-də saat 19:20 radələrində Neft Emalı Zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, qurumun Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət qrup zavodda və ətrafda monitorinqlər aparıb.

Məlum olub ki, tüstü axını zavoddaki istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb. Yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.

S.Xankişiyeva

 

Paylaş:
365

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər