Elçin Quliyev Qazax və Ağstafada bölmələrin döyüş fəaliyyətini yoxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Elçin Quliyev Qazax və Ağstafada bölmələrin döyüş fəaliyyətini yoxlayıb

11:22 - 25 / 07 / 2019
Elçin Quliyev Qazax və Ağstafada bölmələrin döyüş fəaliyyətini yoxlayıb

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

E.Quliyev sərhəd zastavalarında və sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sərhədində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.

S.Xankişiyeva

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər