Azərbaycan Beynəlxalq Bankı sahibkarlar üçün daha bir kredit məhsulunu təqdim etdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı sahibkarlar üçün daha bir kredit məhsulunu təqdim etdi

16:30 - 26 / 07 / 2019
Azərbaycan Beynəlxalq Bankı sahibkarlar üçün daha bir kredit məhsulunu təqdim etdi

Azərbaycan Beynəlxalq Bankı korporativ biznesin inkişafına dəstək məqsədilə daha bir kredit məhsulunun tətbiqinə başlayıb.

Bankın təqdim etdiyi yeni kredit məhsulu “İnvoysların maliyyələşdirilməsi” adlanır. Korporativ müştərilər, o cümlədən kiçik və orta sahibkarlar elan edilmiş hesab-faktura üzrə debitor borclarının ödənişi məqsədilə bu imkandan faydalana bilərlər. Belə ki, bu məqsədlə müvafiq sənədləri təqdim edən korporativ müştərilərə Azərbaycan Beynəlxalq Bankı hesab-fakturada göstərilmiş məbləğin 80%-dək kredit limiti ayırır.

“İnvoysların maliyyələşdirilməsi” kreditinin özəllikləri:

  • Kreditin məbləği - 500.000 manatadək
  • Kreditin müddəti - 12 ayadək
  • İllik faiz dərəcəsi - 15%-dən başlayaraq

Müxtəlif biznes ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulmuş bu krediti Azərbaycan Beynəlxalq Bankının filiallarından almaq mümkündür. Bankın iş adamlarına yaratdığı biznes krediti imkanları barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış olmaq və uyğun kredit məhsulunu  link üzərindən onlayn qaydada sifariş etmək olar: https://www.ibar.az/az/internet-banking/corporate-internetbank/biznes-krediti-onlayn-sifari-et/ Müştəri bankın biznes kreditləri barədə daha ətraflı məlumatı 937 nömrəli Məlumat Mərkəzinə zənglə də əldə edə bilər.

Azərbaycan Beynəlxalq  Bankının  Korporativ biznesin  inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Bankımız tərəfindən təqdim edilən bu yeni məhsul sahibkarlara maliyyə resurslarına daha çevik çıxış imkanı yaratmaqla bizneslərinin inkişafına təkan verəcək. Xüsusilə, kiçik və orta sahibkarlar bundan faydalanaraq maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirə biləcəklər. Sahibkarlar filiallarımıza müraciət edərək, həmçinin bankın korporativ saytından onlayn kredit sifarişi verərək bu fürsətdən yararlana bilərlər”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

 

 

 

 

Paylaş:
529

Son xəbərlər

Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34
Bütün xəbərlər