Bakıda pulsuz çimərliklər yaradılır - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda pulsuz çimərliklər yaradılır - SİYAHI

10:18 - 26 / 07 / 2019
Bakıda pulsuz çimərliklər yaradılır - SİYAHI

Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq.

Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.

S.Xankişiyeva

 

Paylaş:
1120

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər