“Metropark”a giriş bağlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Metropark”a giriş bağlandı

12:15 - 29 / 07 / 2019
“Metropark”a giriş bağlandı

Şənbə günü "Metropark” ticarət və əyləncə mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq mərkəzə giriş bağlanıb.

Report-un əldə etdiyi məlumata görə, üç gün ərzində "Metropark”da təmir-bərpa işləri həyata keçiriləcək və ticarət mərkəzi bundan sonra açılacaq.

Xatırladaq ki, iyulun 27-də Bakının Nərimanov rayonu ərazisində yerləşən yeddimərtəbəli "Metropark” ticarət və əyləncə mərkəzində yanğın olub. Nəticədə binanın 2 və 3-cü mərtəbələrində şaxta boyunca 10 p.m elektrik kabeli yanıb.

S.Xankişiyeva

 

Paylaş:
733

Son xəbərlər

Bütün xəbərlər