İranın hərbi gəmiləri Azərbaycana gəlib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İranın hərbi gəmiləri Azərbaycana gəlib – FOTO

17:21 - 30 / 07 / 2019
İranın hərbi gəmiləri Azərbaycana gəlib – FOTO

İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 30-da Bakıya gəliblər.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində baş tutacaq “Dəniz Kuboku” müsabiqəsində iştirak etməkdir.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2019” avqustun 3-dən 17-dək keçiriləcək.

S.Xankişiyeva

Paylaş:
372

Son xəbərlər

Bütün xəbərlər