Təhsil naziri əmr imzaladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri əmr imzaladı

17:19 - 31 / 07 / 2019
Təhsil naziri əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov “Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi” haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, əmr lisey, məktəb-lisey və gimnaziyalarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi ilə imzalanıb.

Əmrə əsasən, təmayül fənlərinin tədrisini səmərəli təşkil etmək məqsədilə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış saatlar müəyyən edilmiş qaydada istifadə olunur.

S.Xankişiyeva

 

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər