“Neftçi” növbəti mərhələdə, “Qəbələ” Avroliqa ilə vidalaşdı – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” növbəti mərhələdə, “Qəbələ” Avroliqa ilə vidalaşdı – VİDEO

10:07 - 02 / 08 / 2019
“Neftçi” növbəti mərhələdə, “Qəbələ” Avroliqa ilə vidalaşdı – VİDEO

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

1news.az-ın məlumatına görə, Bakının “Neftçi” və Qəbələnin eyniadlı klubları da yaşıl meydana çıxıblar.

Roberto Bordinin komandası evdə Rusiyanın “Arsenal” klubunu qəbul edib. Tuladakı matçda 1:0 hesabı ilə qalib gələn “ağ-qaralar” bu dəfə rəqib qapısından 3 cavabsız top keçirərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, “Neftçi” 3-cü mərhələdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

“Qəbələ” isə cavab görüşünə Gürcüstanda Tbilisi “Dinamo”sunun qonağı olub. Qəbələdəki ilk görüşdə rəqibinə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu dəfə qapısında 3 qol görərək Avroliqa ilə erkən vidalaşıb.

Qeyd edək ki, “Dinamo” 3-cü mərhələdə Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

1 avqust

Avropa Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunları

21:00. “Neftçi” – “Arsenal” (Rusiya) - 3:0 
Qol:
 Rauf Əliyev, 49, Dario Federiko, 89-pen. Mamadu Mbodj, 90+3 
Hakimlər: Alan Mario Sant, Edvard Spiteri, Roberto Vella, Malkolm Spiteri (hamısı Malta).
Bakı. “Bakcell Arena”.
İlk oyun – 1:0.

21:00. “Dinamo” (Tbilisi, Gürcüstna) – “Qəbələ” - 3:0
Qol: 
L.Şengeliya, 68, 88, K.Karikari, 90+3
Hakimlər: Petri Vilyanen, Riku Vihreavuri, Mika Lamppu, Dennis Antamo (hamısı Finlandiya).
Tbilisi. Boris Payçadze adına stadion.
İlk oyun – 2:0.

1news.az

Paylaş:
667

Son xəbərlər

Bütün xəbərlər