“AzerGold” qızıl və gümüş istehsalında rekorda nail olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AzerGold” qızıl və gümüş istehsalında rekorda nail olub

15:30 - 05 / 08 / 2019
“AzerGold” qızıl və gümüş istehsalında rekorda nail olub

“AzerGold” QSC tərəfindən Çovdar filiz emalı sahəsində əməliyyat işləri üzrə aparılan optimallaşdırma tədbirləri, işçi heyətinin təcrübə və peşəkarlığının artması və tətbiq olunan texnoloji həllər hasilatda müsbət nəticələrini verməkdədir.

Belə ki, cari ilin iyul ayında “AzerGold” QSC 2019-cu il üçün rekord həcmdə qızıl istehsal edib. Hesabat dövründə 5 495 unsiya qızıl istehsal edilib ki, bu da nəzərdə tutulan planı 23% üstələyib. Gümüş istehsalı isə 10 995 unsiya təşkil edərək, nəzərdə tutulan planı 41% üstələyib və bununla da Cəmiyyətin bütün fəaliyyət dövründə rekord göstəriciyə yüksəlib. Hesabat dövründə filiz xırdalanması nəzərdə tutulan planı 31% üstələyərək 130 810 ton təşkil edib ki, bu da Cəmiyyətin bütün fəaliyyəti dövründə rekord göstəricidir. 

Cari hasilat prosesinin optimallaşdırılması və qiymətli metalların hasilatının maya dəyərinin azaldılması ilə yanaşı, “AzerGold” QSC yeni əlvan metal yataqların istismara cəlb edilməsi məqsədi ilə kəşfiyyat işlərini uğurla davam etdirir. Belə ki, iyul ayında 7 285 metr geoloji buruq qazma işləri görülüb. İlin sonunadək bu rəqəmin 40 min metrə çatdırılması planlaşdırılır.

Kəşfiyyat proqramı Çovdar yatağının yerüstü və yeraltı ehtiyatlarının artırılmasını, qızıl və gümüşə perspektivli olan Ağyoxuş, Mərək və Tülallar sahələrində buruq-qazma işlərini və ehtiyatların təsdiqini, habelə Filizçay polimetal yatağında ehtiyatların beynəlxalq standartlar əsasında qiymətləndirilməsini nəzərdə tutur.

Hazırda “AzerGold” QSC tərəfindən aparılan kəşfiyyat işləri gələcəkdə milli mədənçilik sənayesinin mənfəətini artırmaqla yanaşı, regionların sosial-iqtisadi tərəqqisi, həmçinin qeyri-neft sektorunun daha da dinamik inkişafına töhfə verməyə hədəflənib.

Reklam hüququnda

Paylaş:
547

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər