Şəkidə arıçılıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şəkidə arıçılıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanıb

09:37 - 08 / 08 / 2019
Şəkidə arıçılıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arıçılıqla məşğul olan sahibkarların müraciəti əsasında arı ailələrinin Şəkinin Kiş kəndi ərazisində yerləşdirilməsinə dəstək göstərib.

1news.az-a agentlikdən verilən məlumata görə,  KOBİA-nın Şəki şəhəri üzrə “KOB Dostu” Kiş kəndi ərazisində arı ailələrinin yerləşdirilməsi üçün müvafiq icazənin alınması, bunun üçün lazım olan sənədlərin hazırlanaraq aidiyyəti qurumlara təqdim olunmasında arıçı sahibkarlara - Kazım Qarayevə və Tahir İsmayılova dəstək olub. “KOB Dostu”nun dəstəyi və yerli qurumlarla əməkdaşlıq çərçivəsində arı ailələrinin Kiş kəndində meşə ərazisində yerləşdirilməsi təmin edilib.

Sahibkar Kazım Qarayev deyib: “Uzun müddətdir arıçılıqla məşğul oluram. Arıçılıq əsas gəlir mənbəyimdir. Arı ailələrinin meşə ərazisində yerləşdirilməsi üçün icazə sənədinin alınmasına Şəki “KOB Dostu” tərəfindən yaxından dəstək göstərildi. Bu il təsərrüfatımdan yüksək məhsuldarlıq gözləyirəm”.

Məlumat üçün qeyd edək ki, KOBİA bundan əvvəl də dövlət-özəl əməkdaşlığı çərçivəsində arıçılıqla məşğul olan sahibkarlara subsidiyaların verilməsi, arıçılıq məhsullarının ticarət şəbəkəsində satışının təşkili ilə bağlı mikro və kiçik sahibkarlara dəstək göstərib.

1news.az

 

 

Paylaş:
620

Son xəbərlər

Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58
Bütün xəbərlər