Novruz Məmmədov bağçalarla bağlı qərar imzalayıb | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov bağçalarla bağlı qərar imzalayıb

14:03 - 13 / 08 / 2019
Novruz Məmmədov bağçalarla bağlı qərar imzalayıb

Azərbaycan baş naziri Novruz Məmmədov “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

1news.az-ın verdiyi xəbərə görə, sənəddə deyilir:

3. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu

3.1. Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş da daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsində hər bir qrupda uşaqların sayı onların yaşından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

3.1.1. 1 yaşdan 2 yaşadək - 15 uşaq;

3.1.2. 2 yaşdan 3 yaşadək - 15 uşaq;

3.1.3. 3 yaşdan 4 yaşadək - 20 uşaq;

3.1.4. 4 yaşdan 5 yaşadək - 20 uşaq;

3.1.5. 5 yaşdan 6 yaşadək - 20 uşaq;

3.1.6. müxtəlif yaşlı uşaqlar üçün qruplarda:

3.1.6.1. 1 yaşdan 3 yaşadək - 10 uşaq;

3.1.6.2. 3 yaşdan 6 yaşadək - 15 uşaq.

S.Xankişiyeva

 

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər