Biləcəri stansiyasında bədbəxt hadisə olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləcəri stansiyasında bədbəxt hadisə olub

12:19 - 14 / 08 / 2019
Biləcəri stansiyasında bədbəxt hadisə olub

“Azərbaycan Dəmir Yolları” QSC Biləcəri stansiyasında baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

Qurumdan 1news.az-a verilən açıqlamada qeyd olunub ki, bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

S.Xankişiyeva

 

Paylaş:
533

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər