Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb

13:58 - 15 / 08 / 2019
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

1news.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki,  əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq. Bu proses sentyabrın 25-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək. 

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

1news.az

 

Paylaş:
672

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər