Qusarda hoteldən oğurluq edən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda hoteldən oğurluq edən şəxs tutulub

16:35 - 15 / 08 / 2019
Qusarda hoteldən oğurluq edən şəxs tutulub

Qusar şəhəri ərazisində yerləşən hotellərin birində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini F.Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də şəhər ərazisində yerləşən otellərin birində Bakı şəhər sakini A.Məmmədovun 1300 manat və 100 ABŞ dollar pulunu oğurlamaqda şübhəli bilinən həmyerlisi F.Məmmədov saxlanılmışdır.

S.Xankişiyeva

 

Paylaş:
501

Son xəbərlər

Baş prokurordan yeni təyinat

07 / 02 / 2026, 15:08
Bütün xəbərlər