Azərbaycanın baş infeksionistinin evindən 150 min manatlıq oğurluq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın baş infeksionistinin evindən 150 min manatlıq oğurluq

16:36 - 26 / 08 / 2019
Azərbaycanın baş infeksionistinin evindən 150 min manatlıq oğurluq

Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb.

1news.az xəbər verir ki, Bakı şəhəri, Xətai rayon sakini Cəlal İsayev polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 72 min ABŞ dolları (122000 AZN), 2500 manat pul və 20 min ABŞ dolları (34000 AZN) dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polisə daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Qeyd edək ki, evi qarət edilən C.İsayev Azərbaycanın baş infeksionistidir.

C.İsayev  hadisəni törədən şəxslərin tutulduğunu bildirib.

APA

Paylaş:
1192

Son xəbərlər

Bütün xəbərlər