Bakının mərkəzində biabırçılıq – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində biabırçılıq – VİDEO

09:32 - 26 / 08 / 2019
Bakının mərkəzində biabırçılıq – VİDEO

Bakının mərkəzində, Süleyman Rəhimov küçəsi, 40-41 saylı Rabitə Qovşağının yanında yerləşən binalardan birinin sakini həyətdəki zibilliklə bağlı gileylənib.

1news.az xəbər verir ki, redaksiyamıza Vüqar Tofiqli adlı sakinin göndərdiyi məlumata görə, həmin həyətdə zibilxana rəsmi olaraq ləğv edilib. Lakin elə həmin həyətin sakinləri müasir zibil qutularına tullantıları atmaq yerinə, binanın yanına qoyurlar:

“Bununla bağlı bir JEK müdiri "vərəmləyib" dünyasını dəyişdi. Maraqlıdır, niyə öz zibilimizi sivil qaydada urnalara atmağa əziyyət çəkirik?! Demək olar ki, hər gün səhər saat 7-də eyni qaydada maşın gəlir və təmizləyib gedirlər.N ə vaxt düzələcəyik bilmirəm?!”

S.Xankişiyeva

 

 

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər