Azərbaycan Beynəlxalq Bankı Masallıda filial açdı – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı Masallıda filial açdı – FOTO

11:00 - 26 / 08 / 2019
Azərbaycan Beynəlxalq Bankı Masallıda filial açdı – FOTO

Azərbaycan Beynəlxalq Bankı müştərilərin, biznes subyektlərinin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da genişləndirir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi bank Masallıda yeni filialını açıb. Bununla da Azərbaycan Beynəlxalq Bankının filiallarının sayı 37-ə, umumi müştəri xidməti ofislərinin sayı isə 76-a çatıb. Bankın yeni filialı Masallı şəhəri, Heydər Əliyev prospekti - 34 ünvanında fəaliyyət göstərəcək.

Azərbaycan Beynəlxalq Bankının vahid korporativ üslubunda inşa edilərək müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filial binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Fərdi və korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Masallı filialında kassa-hesablaşma əməliyyatları, istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli bank məhsul və xidmətlərindən istifadə edə bilərlər.

Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, filialların transformasiyası çərçivəsində xidmət ofislərinin müasirləşdirilməsi ilə yanaşı, geniş müştəri potensialına malik regionlarda bankın yeni filial və şöbələrinin yaradılması imkanları da dəyərləndirilir: “Masallı rayonu biznesin getdikcə inkişaf etdiyi, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndiyi, əhalinin bank xidmət və məhsullarına tələbatının artdığı rayonlarımızdandır. Yeni filialımız regionda maliyyə resurslarına çıxış imkanlarını asanlaşdıracaq, müştərilərimizin ehtiyaclarını ən yüksək səviyyədə təmin edəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
1012

Son xəbərlər

Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20
Bütün xəbərlər