Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimi keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimi keçiriləcək

11:03 - 27 / 08 / 2019
Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimi keçiriləcək

Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayacaq.

1news.az bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir.

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim sentyabrın 6-dək davam edəcək.

1news.az

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər