Azərbaycan və Pakistan XİN rəhbərləri Kəşmir məsələsini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi arasında telefon danışığı olub.
1news.az Pakistan mətbuatına istinadla xəbər verir ki, tərəflər Cammu və Kəşmirdəki vəziyyəti müzakirə ediblər.
Pakistan XİN rəhbəri bölgədəki son vəziyyətlə bağlı azərbaycanlı həmkarına məlumat verib. Bildirib ki, Hindistan Cammu və Kəşmirin xüsusi statusunu ləğv edərək, birtərəfli addımlar atır və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur.
1news.az
324