Avtobus sürücüsü əsgəri təhqir etdi: Ayə, çəpişə oxşayırsan – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtobus sürücüsü əsgəri təhqir etdi: Ayə, çəpişə oxşayırsan – FOTO

13:47 - 30 / 08 / 2019
Avtobus sürücüsü əsgəri təhqir etdi: Ayə, çəpişə oxşayırsan – FOTO

Ötən gün Bakıda avtobus sürücüsü əsgəri təhqir edib.

Bu barədə “Facebook”da hadisə şahidləri məlumat yayıblar.

Sosial şəbəkə istifadəçisi Leyla Həsənova yazıb ki, 4 nömrəli avtobus sürücüsü sərnişinlərdən birini, əsgəri söyüb.Baş verənləri olduğu kimi təqdim edirik:

“4 nömrəli avtobusda bir əsgər də var idi. Əsgər əlində xəstəxanadan aldığı müayinənin nəticələrini göstərən yekə bir torba tutmuşdu.Üzdən oxumaq olurdu. "Azadlıq"la "İnqilab"ın kəsişməsində dayanacaqda düşəsi oldu.Elə bu vaxt gənc sürücü əsgərin üstünə qışqırdı ki, "ayə, general (lağa qoyurdu) yol pulunu ver. Niyə düşüb qaçırsan?".

Bu vaxt əsgər əlini cibinə salıb dedi ki, "sən Allah, bağışla, fikrimdən çıxıb, götür pulu...".

Avtobusda, dayanacaqda çox adam var idi, hamı da görüb eşidirdi. Sürücü əsgərə dedi ki, "səndən əsgər olar əə? Çəpişə oxşayırsan".

Əsgər fiziki baxımdan çox zəif idi. Elə bu vaxt təxminən 23-25 yaşlarında bir qız sürücüyə bu sözləri deyib üstünə 5 manat pul tulladı:

"Ayə" sənsən, o əsgərdir, "ayə" deyil. Çəpiş də sənsən. 30 qəpiyə görə sənin namusunu qoruyan əsgəri niyə eşşək kimi çağırırsan? Al bu 5 manatı da sox gözünə, sənə 30 qəpik azdır", - deyə qız qışqırdı.

Sürücü "az, düş uç burdan, əcəb eləyirəm" deyərək qızın üstünə qalxdı. Qız avtobusdan düşüb sürücüyə dedi ki, hünərin varsa, düş aşağı, sənin cavabını verim.

Əsgər qıza bircə söz dedi: "Çox sağ ol, bacı". Sürücü gördü ki, hamı ona qarşı çıxır, tez avtobusu sürüb getdi”.

S.Xankişiyeva

Paylaş:
1068

Son xəbərlər

Bütün xəbərlər