Dubay-Bakı-Dubay aviareysi ləğv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dubay-Bakı-Dubay aviareysi ləğv edilib

14:00 - 02 / 09 / 2019
Dubay-Bakı-Dubay aviareysi ləğv edilib

Sentyabrın 2-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.

1news.az Heydər Əliyev Beynəlxalq Aeroportunun tablosuna  istinadla xəbər verir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 17:00-da “FZ 733” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub.

Həmçinin, bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 17:55-da Bakıdan Dubay istiqamətində “FZ 734” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.

Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.

1news.az

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər