Rusiyalı məşhur müğənni Qarabağ müharibəsinin ən qızğın vaxtlarında Bakıda ermənicə oxudu – VİDEO
Sosial şəbəkələrdə Rusiyanın məşhur müğənnisi Lyubov Uspenskayanın Azərbaycanda səfərdə olarkən erməni dilində mahnı oxuması ilə bağlı video yayılıb.
Videoda Uspenskayanın piano arxasında erməni mahnısı ifa etməsi, daha sonra isə sözügedən dildə Bakıda da mahnı ifa etdiyini etiraf etməsi əks olunub.
“Qarabağ müharibəsinin ən qızğın vaxtı idi, Bakıya qastrol səfərinə getmişdim. Konsertdən sonra azərbaycanlılar məni nahar yeməyi üçün Bakının məşhur restoranlarından birinə apardılar. Biz orada o qədər spirtli içki qəbul etdik ki, "lül-qəmbər" olduq. Birdən qonaqlar dedilər ki, Lyuba, dur, bir mahnı ifa et. O qədər içmişdim, ağlımdan tamamilə çıxmışdı ki, haradayam. Başladım erməni dilində mahnı ifa etməyə. Musiqiçilər məni bir neçə dəqiqə müşayiət etdikdən sonra yerlərindən durub, çıxıb getdilər".
Daha sonra L.Uspenskaya həmin mahnını ifa etmək üçün yenidən piano arxasına əyləşib.
Müğənninin bu addımı sosial şəbəkələrdə ciddi məruzələrə səbəb olub, bir çox məşhurlar ona narazılıq bildiriblər.
S.Xankişiyeva