“Xalq ulduzu”undan iyrənc əməl | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xalq ulduzu”undan iyrənc əməl

15:06 - 03 / 09 / 2019
“Xalq ulduzu”undan iyrənc əməl

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri şantaj edərək pul almaqda təqsirləndirilən, 1990-cı il təvəllüdlü Məmmədov Səfa Şəfa oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi  sentyabr ayının 6-na təyin olunub.

İttihama görə, Səfa Məmmədov qeyd edilən əməli B.Yusifov və G.Qasımovaya qarşı törədib. İlkin məlumata görə Məmmədov zərərçəkmişləri əlində olan videogörüntülərlə şantaj edərək pul tələb edib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Səfa Məmmədov müğənni kimi fəaliyyət göstərib. O, daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşayıb.

ölkə.az

S.Xankişiyeva

 

Paylaş:
1313

Son xəbərlər

Bütün xəbərlər