Meksika səfiri Zirə Mədəniyyət Mərkəzi və Ekolojı Parkı ziyarət edib

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Zirə Mədəniyyət Mərkəzi və Ekolojı Parkını ziyarət edib.
1news.az-a səfirlikdən verilən məlumata görə, ziyarətdə məqsəd məkanla tanış olmaq və əməkdaşlıq imkanlarını qiymətləndirmək olub.
Mərkəz rəhbərliyi ilə keçirilən görüşdə əməkdaşlığın müxtəlif perspektivləri, eyni zamanda bir sıra kütləvi tədbir və yarmarkalar çərçivəsində Meksika mədəniyyətinin təşviqi imkanları nəzərdən keçirilib. Bu xüsusda, səfir Labardini diplomatik nümayəndəliyin cari il ərzində həyata keçirdiyi mədəni proqrama istinad edib. Fortepiano konserti, foto sərgilər, qastronomiya həftəsi, Ölülər Günü və bir sıra digər gələcək tədbirlər barədə məlumat verib.
Mərkəz rəhbərliyi, öz tərəfindən, hər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə yönələn geniş tədbirlərin qeyd olunması üçün imkan və məkan haqqında məlumatı təqdim edib.
Görüşdən sonra parkın sahəsinə baxış keçirilib. Dostluq və rifah arzusu rəmzi olaraq, səfir Labardini ağac əkib.
P.Sultanova