YAP mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfransları bərpa edilir | 1news.az | Xəbərlər
Siyasət

YAP mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfransları bərpa edilir

11:44 - 03 / 09 / 2019
YAP mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfransları bərpa edilir

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib.

1news.az  bu barədə YAP-ın saytına istinadla xəbər verir.

Layihənin məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur.

Sentyabrın 10 –da ilk mətbuat konfransı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcəkdir.

1news.az

 

Paylaş:
277

Son xəbərlər

Bütün xəbərlər