KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib – FOTO

16:47 - 04 / 09 / 2019
KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib – FOTO

Sentyabrın 4-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ölkəmizdə fəaliyyət göstərən və sıralarında yüzlərlə sahibkarları birləşdirən biznes assosiasiyaları ilə görüş keçirilib.

1news.az-a Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən xəbərə görə, nar, arıçılar, şərab, xurma, zeytun, tikinti materialları, turizm, mebel, qablaşdırma, tekstil, maşın və avadanlıqlar istehsalçıları və ixracatçıları, eləcə də qadın və əlil sahibkarlar assosiasiyalarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə sahibkarlar dövlət dəstəyi mexanizmləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixi Fərmanı ilə təsdiq olunmuş daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi qaydaları barədə məlumalandırılıb. Görüşdə həmçinin, biznes assosiasiyalarının gücləndirilməsi və bu sahədə KOBİA ilə əməkdaşlıq imkanları müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Diqqətə çatdırılıb ki, müvafiq qaydalara uyğun olaraq, daxili bazar araşdırmaları üçün dövlət dəstəyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilir və sahibkarlar maraqlı olduqları daxili bazar araşdırmasının aparılması üçün KOBİA-ya müraciət edə bilərlər. Sahibkarlar və biznes assosiasiyaları daxili bazar araşdırmaları ilə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış bölmədən (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari) əldə edə bilərlər.

Tədbirdə iştirak edən sahibkarlar assosiasiyalarının nümayəndələri sahibkarların son zamanlar daxili bazar araşdırmalarının aparılmasına xüsusi maraq göstərdiklərini, daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsinin müvafiq sahədə xərcləri və riskləri azaldacağını, yeni istehsal sahələrinin, məhsul və xidmətlərin yaranmasına əhəmiyyətli töhfə verəcəyini bildiriblər.

S.Xankişiyeva

 

Paylaş:
457

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər