Biznesinizi Azercell-in köməyi ilə daim müştərilərinizə bağlı saxlayın – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Biznesinizi Azercell-in köməyi ilə daim müştərilərinizə bağlı saxlayın – FOTO

11:35 - 06 / 09 / 2019
Biznesinizi Azercell-in köməyi ilə daim müştərilərinizə bağlı saxlayın – FOTO

Azercell Telekom rəqəmsal məhsullarını genişləndirərək, korporativ müştəriləri üçün yeni  “Biznesim” sosial şəbəkə paketlərini təqdim edir.

Azercell “Biznesim” tarif planı və digər aylıq biznes internet paketləri daxilində üç yeni aylıq paket təqdim edir. Artıq Azercell-in “Biznesim” Sosial şəbəkə paketləri ilə sahibkarlar əsas internet paketini sərf etmədən, öz şirkətlərinin sosial media aktivliyini gücləndirə bilər.

Belə ki, real zaman rejimində məhdudiyyətsiz ünsiyyət, fasiləsiz bağlantı və müştərilərə daim dəstək olmaq üçün “Biznesim Çat” paketi xüsusi olaraq işlənib hazırlanmışdır.

Müştərilərlə hər bir anı bölüşmək və onları məlumatlı saxlamaq üçün “Biznesim Sosial” paketi limitsiz sayda paylaşım etmək və postlarla bölüşmək imkanı yaradır.

“Biznesim Media” paketi isə bütün digər paketlərə daxil olan tətbiqlərlə həyatı daha dinamik yaşamaq üçün nəzərdə tutulub.

Azercell-in “Biznesim” sosial şəbəkə paketləri ilə YouTube, Instagram, Facebook, WhatsApp, LinkedIn, Telegram da daxil olmaqla, 12-yə qədər müxtəlif sosial media kanallarından istifadə etmək mümkündür.

Bağlantı erasında istənilən biznesin sosial mediada mövcud olması son dərəcə əhəmiyyətlidir.

Biznesin kiçik yerli mağaza və ya böyük şirkət kimi fəaliyyət göstərməsindən asılı olmayaraq - Sosial media rəqəmsal marketinq strategiyasının ayrılmaz bir hissəsidir.

Sosial platformalar müştərilərlə əlaqə yaratmağa, brend haqda məlumatın geniş əhatədə yayılmasına və şirkətin satış həcminin artmasına köməklik edir.

Qeyd edək ki, hər ay dünyada üç milyarddan çox insan sosial mediadan istifadə edir və bu qaçılmaz bir trendə çevrilib.

“Biznesim Çat”, “Biznesim Sosial” və “Biznesim Media” sərfəli paketlərindən faydalanmaq üçün, müvafiq olaraq, B1, B2 və B3 mətnini 2525 qısa nömrəsinə göndərmək lazımdır.

Azercell sahibkarlara bizneslərinin rəqəmsal dünyanı fəth etməsində kömək edir!

Daha ətraflı məlumat üçün aşağıdakı linkə müraciət edə bilərsiniz: https://www.azercell.com/az/corporate/mobile_communications/data_packs_business/biznesim_social/

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

Paylaş:
613

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər