LİBRAFF mağazalar şəbəkəsinə yeni rəhbər təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

LİBRAFF mağazalar şəbəkəsinə yeni rəhbər təyin edilib

15:24 - 09 / 09 / 2019
LİBRAFF mağazalar şəbəkəsinə yeni rəhbər təyin edilib

Cəlalə Nəzəroğlu LİBRAFF mağazalar şəbəkəsinə yeni rəhbər təyin edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə o Facebook sosial şəbəkədə yazıb:

 “Dostlar, yeni vəzifəyə təyin olundum. Bundan sonra LİBRAFF mağazalar şəbəkəsinə rəhbərlik edəcəm. Göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən, Tale Heydərova təşəkkür edirəm. Vətənə, millətə xeyirli olsun”.

LİBRAFF – Bakıda geniş çeşiddə kitab və dəftərxana ləvazimanatları təqdim edən mağazalar şəbəkəsidir. Burada dörd dildə – Azərbaycan, rus, ingilis və tük dillərində istər uşaq, istərsə də böyüklər üçün kitab əldə etmək olar.

Cəlalə Nəzəroğlu 1news.az-a bildirib ki, gələcək planlarda LIBRAFF-ın sosial layihələrinin artırılması, Azərbaycanda ktab oxumaq səviyyəsinin yüksəldilməsi daxildir.

Həmçinin o qeyd edib ki, hazırda LIBRAFF-ın Bakıda 8 mağazası və Gəncədə 1 mağazası fəaliyyət göstərir:

“Dörd mağazada “coffeeshop in bookshop” (kitab mağazasında kofeteriya) konsepsiyalı “STORIES Coffee” kofeşoplar fəaliyyət göstərir”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2295

Son xəbərlər

Bütün xəbərlər