AŞPA prezidenti Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Siyasət

AŞPA prezidenti Azərbaycana gəlir

13:16 - 10 / 09 / 2019
AŞPA prezidenti Azərbaycana gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye sentyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək.

1news.az AŞPA-nın saytına istinadla xəbər verir ki, o, Bakıda ölkə rəhbərliyi, Milli Məclisin sədri və xarici işlər naziri ilə görüşəcək, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin və Nizam-intizam komissiyasının, eləcə də Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparacaq.

Bundan başqa, L.Mori Paskye sentyabrın 11-də Fransa-Azərbaycan Universitetində keçiriləcək, Avropa Şurasının 70 illiyinə həsr olunan “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” mövzsunda “dəyimir masa”da iştirak edəcək.

1news.az

 

 

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər