Siyavuş Novruzovun “milyardların talanması” ilə bağlı bəyanatı Baş Prokurorluğu maraqlandırmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyavuş Novruzovun “milyardların talanması” ilə bağlı bəyanatı Baş Prokurorluğu maraqlandırmayıb

14:28 - 10 / 09 / 2019
Siyavuş Novruzovun “milyardların talanması” ilə bağlı bəyanatı Baş Prokurorluğu maraqlandırmayıb

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Milli Məclisin komitə sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun keçmişdə uzun müddət nazir vəzifəsində çalışanları tənqid etməsi, onların milyardları taladıqları və bu gün mövqesizlik nümayiş etdirmələrini bildirməsi ilə bağlı müxtəlif fikirlər yayılıb.

Bəziləri Siyavuş Novruzovun bu açıqlaması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılmasının vacibliyini vurğulayıblar.

Bununla əlaqədar olaraq 1news.az Baş Prokurorluğun rəsmisi Eldar Sultanovla əlaqə saxlayaq Baş Prokurorluq tərəfindən deputatın səsləndirdiyi fikirlərlə bağlı araşdırmaların aparılıb-aparılmadığı ilə bağlı müraciət olunub.

Öz növbəsində də Prokurorluq rəsmisi bildirib ki, qeyd edilən məsələlərlə əlaqədar Baş Prokurorluqda hər hansı araşdırmalar aparılmır.

S.Xankişiyeva

 

 

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər