Kürdəmirdə stoldan yıxılan körpə öldü

Kürdəmir rayonunun Sığırlı kəndində stoldan yıxılaraq ağır xəsarət alan 3 yaşlı körpə uşaq ölüb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, qapalı kəllə-beyin travması alan 2016-cı il təvəllüdlü İlham Eminovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, uşaq evdə masanın üzərindən nəzarətsiz qaldığı üçün yıxılıb.
S.Xankişiyeva
398