Sami Yusufdən möhtəşəm "Nəsimi" kompozisiyası - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sami Yusufdən möhtəşəm "Nəsimi" kompozisiyası - VİDEO

10:41 - 10 / 09 / 2019
Sami Yusufdən möhtəşəm "Nəsimi" kompozisiyası - VİDEO

Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusuf dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında musiqi kompozisiyası hazırlayıb.

1news.az xəbər verir ki, 7 dəqiqəlik kompozisiya Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb.

Kompozisiyanın musiqi direktoru və bəstəkarı Sami Yusuf, prodüser və rejissoru Andrey Boltenkodur.  Əsəri xalq çalğı alətləri ansamblının müşayiəti ilə xor kollektivi ifa edir. Kompozisiyada "Şur" muğamından da istifadə olunub.

Solistlər Sami Yusuf, Azərbaycanın əməkdar artisti Təyyar Bayramov və Əməkdar mədəniyyət işçisi Samirə Əliyevadır.

Sami Yusuf kompozisiyanı Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində canlı ifa edib.

1news.az

 

Paylaş:
1773

Son xəbərlər

Bütün xəbərlər