Qarayaraya yoluxan xəstələrlə bağlı son durum - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarayaraya yoluxan xəstələrlə bağlı son durum - RƏSMİ

12:20 - 10 / 09 / 2019
Qarayaraya yoluxan xəstələrlə bağlı son durum -  RƏSMİ

Səhiyyə Nazirliyi Sabirabad rayonunda qarayara xəstəliyinin aşkarlandığı xəstələrin son durumunu açıqlayıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, hazırda xəstələrin müalicəsi davam edir.

Onların müalicəsi Sabirabad Mərkəzi Rayon Xəstəxanasında aparılır. Xəstələrin vəziyyətləri normal qiymətləndirilir.

Qeyd edək ki, sentyabrın 9-da Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişidə qarayara xəstəliyi aşkarlanıb.

Bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinlərində aşkarlanan qarayara xəstəliyinin törədicisinin mənbəyinin müəyyən olunması üçün araşdırmalara başlayıb.

1news.az

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər