Caspian Energy International Media Group XII Eurasian Forum Kazenergy-nin baş informasiya tərəfdaşı olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Caspian Energy International Media Group XII Eurasian Forum Kazenergy-nin baş informasiya tərəfdaşı olub

16:10 - 11 / 09 / 2019
Caspian Energy International Media Group XII Eurasian Forum Kazenergy-nin baş informasiya tərəfdaşı olub

“Caspian Energy International Media Group 2019-cu il sentyabrın 23-dən 29-dək Nur-Sultanda keçiriləcək KAZAKHSTAN ENERGY WEEK və KAZENERGY ХII Avrasiya Forumun baş informasiya tərəfdaşı olub”, - deyə Caspian Energy International Media Group məlumat paylaşıb.

1news.az-ın verdiyi xəbərə görə, energetika həftəsi çərçivəsində Mərkəzi Asiyanın (GBC) neft emalı və neft-kimya üzrə konfransı, Mühəndis Neftçilər Cəmiyyətinin (CPE) forumu, KAZENERGY Gənclər Forumu (SEC) çərçivəsində müsabiqə, Qadın Energetika Klubunun forumu və digər tədbirlər keçiriləcək. KAZAKHSTAN ENERGY WEEK-in əsas hadisəsi KAZENERGY XII Avrasiya Forumu olacaq.

Forumda “Arktika qütb dairəsi” beynəlxalq forumunun sədri, İslandiyanın sabiq prezidenti Oulavür Raqnar Qrimsson, Liviyanın Milli Neft Korporasiyasının Sədri Mustafa Sanalla, “Global Gas”ın icraçı direktoru Valeri Dükro, Benəlxalq Energetika Xartiyasının baş katibi Urban Rusnak, Əlcəzairin energetika naziri Mohamed Arkab, Qazaxıstan Respublikasının energetika naziri Kanat Bozumbayev, OPEK-in baş katibi Muhəmməd Burkindo və digərləri çıxış edəcəklər.

Sözügedən tədbir Xəzər və Mərkəzi Asiya regionlarında energetika sektorunun əlamətdar hadisələrindən biridir. Hər il bu forumda dünyanın 50-dən artıq ölkəsini təmsil edən 300-dən yuxarı şirkətinin 2,5 mindən artıq nümayəndəsi iştirak edir.

Eyni zamanda tədbirdə Milli Energetika Məruzəsi-2019-un yenilənmiş versiyasının təqdimatı baş tutacaq. Həmçinin Qazaxıstan neftinin 120 illiyinə həsr olunmuş kompleks tədbirlər təşkil ediləcək.

Beynəlxalq Caspian Energy jurnalı dünyanın 50 ölkəsində yayılır. 20 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların və nəhəng transmilli şirkətlərin rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.

Əlavə məlumat üçün:

E-mail: [email protected]

URL: www.caspianenergy.net;

www.caspianenergy.org

1news.az

 

Paylaş:
629

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər