Həbibin növbəti rəqibi müəyyənləşdi | 1news.az | Xəbərlər
İdman

Həbibin növbəti rəqibi müəyyənləşdi

17:24 - 12 / 09 / 2019
Həbibin növbəti rəqibi müəyyənləşdi

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun növbəti rəqibinin adı açıqlanıb.

1news.az qol.az-a istinadən xəbər verir ki, bu, kanadalı Jorj San-Pyerdir. Bu barədə Həbibin meneceri Əli Əbdül-Əziz məlumat verib: "Əgər Həbib miras üçün vuruşmaq istəyirsə, Sen-Pyerlə döyüş böyük hadisə olacaq. Sen-Pyer UFC tarixində ən güclü döyüşçülərdən biridir. Bundan başqa, bu döyüş Həbibə daha çox pul gətirəcək".

Menecerin sözlərinə görə, Həbibin bu görüşü 2019-cu ilin sonunadək ola bilər.

Qeyd edək ki, Nurməhəmmədov sentyabrın 7-də amerikalı Dastun Puaryeni məğlub edərək yüngül çəkidə UFC çempionu titulunu növbəti dəfə qoruyub.

1news.az

Paylaş:
1086

Son xəbərlər

Bütün xəbərlər