Mariya Stadnik dünya çempionu oldu | 1news.az | Xəbərlər
İdman

Mariya Stadnik dünya çempionu oldu

17:04 - 18 / 09 / 2019
Mariya Stadnik dünya çempionu oldu

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

1news.az qol.az-a istinadən xəbər verir ki, bu gün qadın güləşçimiz Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.

İdmançımızın rəqibi rumıniyalı Emilia Alina Vuç olub. Görüş Mariyanın inamlı qələbəsi ilə başa çatıb - 13:0. Bununla da güləşçimiz ikinci dəfə dünya çempionu adını qazanıb. O, ilk dəfə 2009-cu ildə mundialın qalibi olub.

Qeyd edək ki, Mariya Stadnik təsnifat mərhələsində Miessiney Mersi Genesisi (Nigeriya) 10:0, 1/8 finalda Sima Simanı (İndoneziya) 9:2, 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, 1/2 finalda isə Yanan Sunu (Çin) 6:4 hesabı ilə üstələyib.

1news.az

Paylaş:
835

Son xəbərlər

Bütün xəbərlər