Mahir Emrelinin evini qarət edən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mahir Emrelinin evini qarət edən şəxslər saxlanılıb

09:53 - 18 / 09 / 2019
Mahir Emrelinin evini qarət edən şəxslər saxlanılıb

"Qarabağ" futbol klubunun hücumçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Əməliyyat nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov saxlanılıblar.

Xatırladaq ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və beş min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

1news.az

 

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər