“YARAT”da Rusiya istehsalı olan filmlər göstəriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“YARAT”da Rusiya istehsalı olan filmlər göstəriləcək

15:49 - 19 / 09 / 2019
“YARAT”da Rusiya istehsalı olan filmlər göstəriləcək

Sentyabrın 24-də “YARAT” Film Klubunun təşkilatçılığı ilə “Rus filmləri həftəsi” keçiriləcək.

1news.az-ın məlumatına görə, xəbər verir ki, həftə ərzində iştirakçılar Rusiya istehsalı olan üç filmə - “Van Qoqlar”, “Annanın müharibəsi” və “Aleksandr Xristoforovun əbədi həyatı” adlı ekran əsərlərinə baxa biləcək.

Filmlərin təqdimatı “Rossotrudnichestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

“YARAT” Müasir İncəsənət Mərkəzində nümayiş olunacaq filmlərin təqdimatında hər kəs iştirak edə bilər.

1news.az

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər