“Nargis” Fondunun dəstəyi ilə “Samsung” şirkətinin yeni layihəsi işıq üzü görüb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nargis” Fondunun dəstəyi ilə “Samsung” şirkətinin yeni layihəsi işıq üzü görüb

11:00 - 20 / 09 / 2019
“Nargis” Fondunun dəstəyi ilə “Samsung” şirkətinin yeni layihəsi işıq üzü görüb

Quba məktəblərinin birində şagirdləri “Samsung” tərəfindən yeni dərs ilinə xüsusi olaraq təqdim olunmuş interaktiv sinif otağı qarşıladı.

“Technological Embrace” layihəsi çərçivəsində, “Nargis” Fondunun dəstəyi ilə ərsəyə gətirilmiş bu texnoloji otaq “Samsung” şirkətinin məhsulları ilə təchiz olunaraq şagirdlərin istifadəsinə təhvil verilib.

Qeyd edilən otaqda interaktiv lövhə və virtual reallıq kabinələri kimi bir çox innovativ məhsuldan istifadə edilib.  Belə ki, xüsusi “Flip Board” lövhəsi adi yazı taxtası kimi istifadə edilə bilir və üzərində smartfon və kompyuterdə qeyd edilən məlumatları əks etdirmək bacarığına malikdir.  “Flip Board” – “böyük həcmli” planşeti xatırladaraq “touchscreen” üzərindən işləyir və bir çox əlavə funksiyanı dəstəkləyir. 

Sözügedən virtual reallıq kabinələri isə şagirdlərə dinozavrlar dövrünə səyahət etməyə, vulkan püskürməsinə şahid olmağa və digər maraqlı simulyasiyaları öz gözləri ilə görməyə imkan yaradacaq. 

Stollarda yerləşdirilmiş planşetlər, rəqəmsal materialları öyrənməyə və təhsil prossesi zamanı kollektiv iş aparılmasına imkan yaradır.

Həmçinin, şagirdlərin rahatlıqla tədris materiallarını mənimsəmələri və sənədli və  maarifləndirici filmlərdən faydalanmaları üçün kabinet “Samsung” televizoru ilə təchiz olunub.

Qeyd edək ki, bu otaq sayəsində şagirdlər rəqəmsal texnologiyalar ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Texnoloji sinfin təntənəli açılış mərasimi sentyabr ayının 16-da baş tutub. Beləliklə yeni ildən başlayaraq şagirdlər interaktiv dərslərin üstünlüklərini hər tərəfli qiymətləndirə biləcəklər. Ətraflı məlumatı “Samsung Azərbaycan”ın Facebook və İnstagram səhifələrindən əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
678

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər