Mehriban Əliyeva neftçiləri təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyeva neftçiləri təbrik edib

11:08 - 20 / 09 / 2019
Mehriban Əliyeva neftçiləri təbrik edib

İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan "Əsrin müqaviləsi" imzalanıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial şəbəkədəki paylaşımında vurğulanıb.

Birinci vitse-prezident vurğulayıb ki, Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır:

“Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.
Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.

1news.az

Paylaş:
969

Son xəbərlər

Bütün xəbərlər