Müdafiə Nazirliyi: Ermənistan KİV-lərində yayılan məlumatlar yalandır | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Ermənistan KİV-lərində yayılan məlumatlar yalandır

12:24 - 23 / 09 / 2019
Müdafiə Nazirliyi: Ermənistan KİV-lərində yayılan məlumatlar yalandır

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Ermənistan KİV-lərində guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.

1news.az

Paylaş:
666

Son xəbərlər

Bütün xəbərlər