Bakıda 10-cu Avropa Film Festivalı başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 10-cu Avropa Film Festivalı başlayır

16:58 - 25 / 09 / 2019
Bakıda 10-cu Avropa Film Festivalı başlayır

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Aİ-yə üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri və Park Cinema ilə əməkdaşlıqda Bakıda 10-cu Avropa Film Festivalını təşkil edir. 

1news.az xəbər verir ki, Avropa Film Festivalı 2-16 oktyabr tarixlərində keçiriləcək.

Avropa Film Festivalının 10 illik yubileyi ilə bağlı Bakıda on dörd məftunedici Avropa kino günləri keçiriləcək. Proqrama 14 Avropa İttifaqı ölkəsindən (Xorvatiya, Çex Respublikası, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, İspaniya və İsveç) və Azərbaycandan 15 filmin nümayişi daxildir. Filmlər bütün seyrçi kütlələri üçün seçilib.

Festivalda Avropa kino industriyasının ən son trendləri ilə tanış olmaq, Festivalın qonaqları olan Avropanın aparıcı film rejissorları ilə görüşmək və müzakirə aparmaq imkanı təklif ediləcəkdir. Festivalın qonaqları Latviyadan c-b Vestur Kairiş və Almaniyadan c-b Veit Heymerdir. Yubileylə əlaqədar Park Cinema qonaqlara Festival günlərində onlara ən uyğun ola biləcək vaxtda gündə bir film təqdim edəcək. Giriş sərbəst olacaqdır, ancaq biletlər filmin nümayiş olunduğu gündə müvafiq kassalardan əldə edilə biləcəkdir.

Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalı Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, Avropa film industriyası vasitəsilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir. 2010-cu ildən başlayaraq Avropa Film Festivalları çərçivəsində 133 film nümayiş etdirilmiş, Avropanın 23 film rejissoru və aktyoru Azərbaycana səfər etmişdir.

Avropa Film Festivalı, filmlərin cədvəli və təfərrüatları barədə əlavə məlumat üçün www.parkcinema.az və ya www.eeas.europa.eu/delegations/azerbaijan və Aİ-nın Azərbaycandakı nümayəndəliyinin Facebook tədbir səhifəsinə müraciət etməniz xahiş olunur.

P.Sultanova

 

 

 

 

Paylaş:
956

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər