Azərbaycanda 7 minə yaxın gənc proqramçı olmaq istəyir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda 7 minə yaxın gənc proqramçı olmaq istəyir - FOTO

11:30 - 25 / 09 / 2019
Azərbaycanda 7 minə yaxın gənc proqramçı olmaq istəyir - FOTO

Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasına qəbul üçün indiyə qədər 7 minə yaxın namizəd ərizə göndərib. Namizədlərin 30%-dən çoxu ilkin test mərhələsində yüksək bal toplayaraq seçim prosesinin növbəti mərhələsinə keçib.

IBA Tech Akademiyasında təhsil arzusunda olan şəxslərin əksəriyyəti gənclərdir. Belə ki, namizədlərin orta yaş həddi 24 yaş təşkil edir. Akademiyada təhsil almaq üçün müraciət etmiş namizədlərin 21%-i xanımlardır. Namizədlər sırasında ölkəmizdəki müxtəlif ali məktəblərdə texniki ixtisaslar üzrə təhsil alan tələbələr və universitet məzunları üstünlük təşkil edir.

Ərizə qəbulu sentyabrın 30-a qədər davam edəcək. 18 yaşı tamamlanmış, proqramçı olmaq istəyən şəxslər bu müddətə qədər Akademiyanın internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az

Tələbələrin IBA Tech Akademiyasının fəaliyyəti barədə ətraflı məlumatlandırılmasından ötrü Azərbaycan Dövlət İqtisad Universitetində, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında, ADA Universitetində, Bakı Mühəndislik Universitetində, görüşlər keçirilib. Azərbaycan Beynəlxalq Bankının və Akademiyanın fəaliyyətində Banka metodoloji dəstək verəcək İsrail-Ukrayna şirkəti – “DAN.IT” təhsil mərkəzinin nümayəndələri tələbələrə qəbul qaydaları, gələcək təlimlərin təşkili formaları barədə ətraflı məlumat verərək onların suallarını cavablandırıblar. Azərbaycan Respublikası Təhsil  Nazirliyinin SABAH qruplarında da bu cür görüşlərin keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Bankı belə bir Akademiyanı Korporativ Sosial Məsuliyyət layihəsində yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyada təhsil ödənişsiz olacaq.

IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılır: qeydiyyat, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə oktyabrın 10-dan Bakıda keçiriləcək və hər bir istiqamət  üzrə 2,5  ay davam edəcək. IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərəcək. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparacaqlar. IBA Tech Akademiyasında təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə faydalı olacaq. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına kömək göstəriləcək.

IBA Tech Akademiyasının yeni sosial proqramlarına da qəbul planlaşdırılır, bu barədə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Reklam hüququnda 

 

 

 

 

Paylaş:
656

Son xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05
Bütün xəbərlər