Caspian Energy Kazakhstan ilk CEO Lunch Aktau təşkil edib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Caspian Energy Kazakhstan ilk CEO Lunch Aktau təşkil edib – FOTO

16:00 - 27 / 09 / 2019
Caspian Energy Kazakhstan ilk CEO Lunch Aktau təşkil edib – FOTO

Caspian European Club və Caspian Energy-nin eksklüziv partnyoru olan Caspian Energy Kazakhstan ilk CEO Lunch Aktau təşkil edib.

1news.az-ın verdiyi xəbərə görə, CEO Lunch Aktau-da təbrik nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Məmmədov Qazaxıstanda eyni vaxtda Azərbaycan Ticarət Evinin və Caspian Energy Kazakhstan-nın fəaliyyətə başlamasının əhəmiyyətini qeyd edib. Səfir bu iki təşkilatın fəaliyyətinin iki dost ölkə arasında iqtisadi və işgüzar münasibətləri daha da möhkəmlədəcəyindən əminliyini ifadə edib.

Sonra Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev  informasiya-konsaltinq xidmətinin göstərilməsi və Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri və nümayəndələri üçün müxtəlif növ biznes-forum, dəyirmi masa, treninq, seminar və CEO Lunch təşkili ilə məşğul olacaq Caspian Energy Kazakhstan-ın fəaliyyətinin təqdimatını keçirib. Eyni zamanda Caspian European Club-un 17 il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verilib. Çıxışının sonunda Telman Əliyev bütün CEO Lunch Aktau iştirakçılarını Nursultan, Bakı, Tbilisi və Daşkənddəki tədbirlərə qatılmağa dəvət edib.

Mangistau vilayətinin akiminin müavini Nurlıbay Akkulov CEO Lunch Aktau iştirakçılarının diqqətinə Mangistau vilayətinin investisiya imkanları barədə ətraflı məlumat təqdim edib.

Aktau Dəniz Ticarət Limanının birinci vitse-prezidenti Mexta Nazban Behram Aktau Dəniz Ticarət Limanının fəaliyyəti və imkanları barədə danışıb, həmçinin CEO Lunch Aktau iştirakçılarını əməkdaşlığa dəvət edib.

Azərbaycan Ticarət Evinin Qazaxıstandakı baş direktoru Hüseyn Cəbrayılov Azərbaycan Ticarət Evinin Qazaxıstan Respublikasında açılmasını elan etdi və bildirdi ki, Ticarət Evinin nəinki Nur-Sultan şəhərində, həmçinin Kazaxstanın başqa şəhərlərində də filialları olacaq. “İlk belə filialı biz Aktau şəhərində açmağı planlaşdırırıq. Azərbaycan Ticarət Evinin Qazaxıstanda açılması iqtisadi əlaqələrin genişləndirilməsinə və investisiya əməkdaşlığına böyük töhfə verəcək”-deyə Hüseyn Cəbrayılov qeyd etdi.

CEO Lunch işgüzar ünsiyyət üçün unikal platformadır. Tədbir çərçivəsində yaradıcı ziyalılar, dövlət məmurları, diplomatik missiya və beynəlxalq təşkilat rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.

Hər ay Qazaxıstanın müxtəlif şəhər və regionlarında keçiriləcək CEO Lunch Qazaxıstan və Azərbaycanın dövlət və özəl sektor nümayəndələri arasında dialoqun qurulmasında aparıcı vasitə olmaqla yanaşı, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin nümayəndələri ilə yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndiliyi, həmçinin ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var.

Əlavə məlumat üçün:

(+99450) 314-53-58 və ya [email protected]

www.caspianenergy.org

1news.az

Paylaş:
660

Son xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05
Bütün xəbərlər