Almaniya Azərbaycan iqtisadiyyatına 615 milyon dollar investisiya yatırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Almaniya Azərbaycan iqtisadiyyatına 615 milyon dollar investisiya yatırıb

10:16 - 27 / 09 / 2019
Almaniya Azərbaycan iqtisadiyyatına 615 milyon dollar investisiya yatırıb

İndiyədək Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 615 milyon dollar investisiya yatırılıb.

1news.az xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 27-də Bakıda keçirilən Almaniya-Azərbaycan biznes forumunda deyib.

“Bu investisiyaların 96 faizi qeyri-neft sektorunun payına düşüb. Eyni zamanda, Azərbaycan Almaniya iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub”, - deyə nazir müavini bildirib.

1news.az

 

 

Paylaş:
1334

Son xəbərlər

Bütün xəbərlər