Bakıda ailə dramı:  Ər arvadının bir sevgilisinin boğazını kəsib, digərini bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ailə dramı:  Ər arvadının bir sevgilisinin boğazını kəsib, digərini bıçaqlayıb

14:07 - 30 / 09 / 2019
Bakıda ailə dramı:  Ər arvadının bir sevgilisinin boğazını kəsib, digərini bıçaqlayıb

Dünən Bakının Suraxanı rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı  oxu.az-a Suraxanı rayonu hüquq-mühafizə orqanlarından məlumat verilib.

Səhər saat 11 radələrində Bülbülə qəsəbəsi 3-cü mədən küçəsi, ev 42-də 1968-ci il təvəllüdlü Aqşin Quliyev tanışı, 1972-ci il təvəllüdlü İlham Həşimova çoxsaylı bıçaq xəsarətləri yetirib.

Qeyd edək ki, meyitin müayinəsi zamanı onun sinə və qarın nayihələrində yaralar aşkarlanıb. Bundan başqa, qatil qurbanının boğazını kəsib.

Hadisədən sonra A.Quliyev cinayət yerindən qaçıb və qətli törətdiyi bıçağı götürərək, Binəqədi rayonuna başqa kişini qətlə yetirmək üçün gedib. Bütün bu təfərrüat A.Quliyevin saxlanılmasından sonra məlum olub.

Məlumdur ki, saxlanılan şəxs 15 gün dənizdə işləyib və 15 gün evdə olurmuş. O, uzun müddətdir həyat yoldaşı ilə əlaqələrdə şübhəli bildiyi İ.Həşimovu evinə dəvət edib. A.Quliyev saxlanılandan sonra dindirilmə zamanı bu məlumatı verib.

Binəqədi rayonuna isə A.Quliyev həyat yoldaşının digər sevgilisini öldürməyə gedib. Qeyd edilib ki, A.Quliyev həmin şəxsi tapıb və bıçaqlayıb. Ancaq yaralanan şəxs sağ qalıb. Onun adı hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanılıb. İş materialları araşdırılmaq üçün Bakı şəhər Prokurorluğuna təhvil verilib.

S.Xankişiyeva

 

Paylaş:
550

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər