AXCP funksionerindən Əli Kərimliyə ŞOK ittihamlar - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

AXCP funksionerindən Əli Kərimliyə ŞOK ittihamlar - VİDEO

15:36 - 30 / 09 / 2019
AXCP funksionerindən Əli Kərimliyə ŞOK ittihamlar - VİDEO

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyev sosial şəbəkə vasitəsilə partiya üzvlərinə video-müraciət ünvanlayıb. 

1news.az xəbər verir ki, Facebook səhifəsində canlı yayıma qoşulan Aydın Əliyev partiyanın 2015-ci ildə keçirilən qurultayından sonra  NTK sədri seçildiyini bildirərək, o vaxtdan  AXCP-nin rəhbər orqanlarında təmsil olduğunu qeyd edib. Belə bir müraciət etmək məcburiyyətində qaldığı üçün təəssüfləndiyini deyən A.Əliyev qeyd edib ki, 30 illik siyasi fəaliyyətindən sonra Kərimlinin iç üzünün nə olduğun başa düşüb.

"Məni yaxşı tanıyırsız, bilirsiz ki, 1989-cu ildən etibarən Xalq Hərəkatının fəal üzvü olmuşam. 2015-ci ildə AXCP-nin qurultayında NTK-nın üzvü, sonradan isə sədri seçilmişəm. Sonradan bildim ki, mənim kimi təmiz, dürüst adamın bu vəzifəyə seçilməsi partiya sədri Əli Kərimlinin ürəyincə olmayıb. Patiyadaxili maliyyə, xaricdən gələn qrantları ancaq öz nəzarətində saxlayaraq, oğlunun xarici ölkələrdə ərəb şahzadələri kimi yaşamasına sərf edən Əli Kərimlini, mənim kimi düzgün adam qane etməyib. İndi başa düşürəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi sədr tərəfindən aldadılıb. O bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib". 

A.Əliyev vurğulayır ki, Ə.Kərimli sözdə demokratiya uğrunda "mübarizə" apardığını desə də, əslində partiya daxilində sərt diktatura rejimi yaradıb: 

"Fərqli düşünənləri, onun antidemokratik hərəkətlərinə etiraz edənləri, ən çirkin üsullarla ləkələyir, böhtanlara məruz qoyaraq təşkilatdan uzaqlaşdırır. Əziz cəbhəçilər, Ə.Kərimli bizi və xalqımızı bir siyasi dələduz olaraq aldadır. O, bu gün də, gənclərimizi aldadaraq, özünün çirkin oyunlarına qurban verməkdədir. Sizin bir çoxunuz Ə.Kərimlinin partiyanın nizamnamə və məramnaməsinə zidd olan əməllərindən xəbərdarsınız. Sadəcə bunu dilə gətirməkdən çəkinirsiniz. Bu gün Ə.Kərimli və əlaltıları çirkin oyunları ilə məni də AXCP-dən istefa verməyə məcbur edirlər. Buradan bildirmək istəyirəm ki, istefa verməyəcəm. AXCP-də olan əqidəli, xalqımızı sevən insanlarla birgə Əli Kərimlinin partiyadaxili diktaturasına, çirkin oyunlarına qarşı mübarizə aparacam. Ə.Kərimlinin bütün xəyanətkar əməllərini ifşa edəcəyik. Çalışacağıq ki, AXCP sədrinin ikiüzlü siyasətini açıb ortaya qoyaq. Onun əslində xalqımıza qarşı hansı xəyanətlərə yol verdiyindən hər kəs xəbərdar olmalıdır". 

1news.az

Paylaş:
992

Son xəbərlər

Bütün xəbərlər