“Qarabağ”ın oyununda təxribat törədənlər məlum oldu - FOTO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”ın oyununda təxribat törədənlər məlum oldu - FOTO

13:18 - 04 / 10 / 2019
“Qarabağ”ın oyununda təxribat törədənlər məlum oldu - FOTO

Xəbər verdiyimiz kimi, Lüksemburqda Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Dudelanj" - "Qarabağ" matçında erməni təxribatı yaşanıb.

1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, “Qarabağ” 2-ci qolu vurduqdan sonra qarşılaşmanın keçirildiyi stadiona dronla qondarma Dağlıq Qarabağ rejiminin bayrağı endirilib.

Bu təxribatı törədən erməni gənclərin “First Armenian Front /FAF ultras/” adlı qrupun nümayəndələri olduğu məlum olub.

Stadiona qondarma rejimin bayrağını endirən şəxslərin tapılaraq cəzalandırılması ilə bağlı iş aparılır.

1news.az

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər