Azərbaycan və Gürcüstan turizm sahəsində əməkdaşlıq edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Gürcüstan turizm sahəsində əməkdaşlıq edəcək

16:40 - 04 / 10 / 2019
Azərbaycan və Gürcüstan turizm sahəsində əməkdaşlıq edəcək

“Azərbaycan və Gürcüstan turizm sahəsində rəqabət deyil, əməkdaşlıq mühitində fəaliyyət göstərəcək”.

1news.az
xəbər verir ki, bu haqda oktyabrın 4-də Tbilisi şəhərində baş tutan görüşdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bəyan ediblər.

Qeyd edək ki, bu günlərdə Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Tbilisidə keçirilən görüş çərçivəsində iki ölkə arasında turizm sahəsində əməkdaşlıq, birgə turların təşkili, həmçinin sərgilərdə birgə stendlərin nümayişi kimi mövzular müzakirə edilib və bu barədə ilkin razılıq əldə olunub.

Azərbaycan və Gürcüstanı yaxın dostluq və qonşuluq əlaqələrinin birləşdirdiyi diqqətə çatdırılan görüşdə iki ölkənin bu sahədə rəqabət mühitində deyil, əməkdaşlıq mühitində fəaliyyət göstərəcəyi, birgə fəaliyyətin regionda turizmin inkişafına öz töhfəsini verəcəyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak edib.

Məlumat üçün bildirək ki, bu gün Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun "Azerbaijan.Travel" qonaq mərkəzinin açılış mərasimi baş tutacaq.

1news.az

Paylaş:
605

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər